Innovation and Digital Development Agency’s cover photo
Innovation and Digital Development Agency

Innovation and Digital Development Agency

Government Administration

Provides organization, coordination, implementation of activities in the field of digital transformation and innovation.

About us

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Agentliyin əsas məqsədi, ölkədə rəqəmsal sahənin inkişafına töhfə vermək, rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətini təşkil etmək, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsini aparmaq, fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə (Startapları) maliyyə dəstəyi vermək, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərməkdir. The Agency for Innovation and Digital Development under the Ministry of Digital Development and Transport of the Republic of Azerbaijan is a public legal entity engaged in the organization, coordination, and implementation of activities in the field of digital development (including control and regulation), complex and innovative activities ni the field of nuclear technology and nuclear energy as wel as assisting physical persons and legal entities in obtaining modern technologies and technological solutions, promoting innovation-oriented scientific research and innovation projects (including start-ups), providing them with financial support and encouraging innovation initiators.

Website
https://idda.az
Industry
Government Administration
Company size
51-200 employees
Headquarters
Baku
Type
Government Agency
Founded
2018

Locations

Employees at Innovation and Digital Development Agency

Updates

  • Innovation and Digital Development Agency reposted this

    View organization page for Life at IDDA

    2,785 followers

    📚 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür! Bu gün həm də bizimlə birlikdə çalışan və müəllimlik missiyasını daşıyan həmkarlarımızı təbrik edirik. 🌟 Onların bilik və təcrübəsini gənc nəsillə bölüşməsi həm təhsil, həm də peşəkar mühit üçün dəyərli töhfədir. 👏 Agentliyimizin müəllim əməkdaşlarına bu nəcib yolda uğurlar və yeni nailiyyətlər arzulayırıq! #MüəllimlərGünü #LifeatIDDA #TəhsilVəİnkişaf #5Oktyabr

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
      +1
  • 🇦🇿 Agentliyimizin regionlarda innovasiya ekosisteminin inkişafı strategiyası çərçivəsində Naxçıvan Dövlət Universitetində yaradılan Naxçıvan İnnovasiya Mərkəzi rəsmi olaraq fəaliyyətə başlayıb. 💡 Müasir laboratoriyalar, kovörkinq və tədbir məkanları ilə təchiz edilən mərkəz Naxçıvanın istedadlı gəncləri, startapları və tədqiqatçıları üçün yeni imkanlar yaradır. Mərkəzin əsas hədəfi innovativ ideyaların real prototiplərə və dayanıqlı bizneslərə çevrilməsinə dəstək olmaqdır. 📈 Bu mərkəzin yaradılması Agentliyimizin regionlarda innovativ fəaliyyəti dəstəkləmək strategiyasının tərkib hissəsidir. Mərkəzin Naxçıvanın elmi və iqtisadi inkişafına töhfə verəcəyindən əminik. #İRİA #NDU #NaxçıvanİnnovasiyaMərkəzi #Startap

  • Holberton School Azerbaijan-da İT ixtisasları üzrə 100% təqaüdlü təhsil almaq şansını əldə et! Qeydiyyat üçün: https://lnkd.in/ebY-r5iU

    View organization page for Holberton School Azerbaijan

    4,354 followers

    100% Təqaüd səni çağırır! Innovation and Digital Development Agency-nin dəstəyi və "PASHA Holding" LLC-nin sponsorluğu ilə, Holberton School Azərbaycan sənə beynəlxalq səviyyəli texnologiya təhsili almaq imkanı təqdim edir. Təcrübəyə əsaslanan praktiki tədris modeli və layihə əsaslı öyrənmə metodu ilə sən həm real bacarıqlar qazanacaq, həm də qlobal sertifikat əldə edərək dünyanın istənilən yerində karyera qurmaq şansı əldə edəcəksən! Bu təqaüd proqramı aşağıdakı sahələr üzrə səni çağırır: - Computer Science (Web Development) - Machine Learning - Full Stack Web Development - Cybersecurity Holberton School dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən və Amerikan IT məktəbində formalaşdırılmış metodologiyaya əsaslanan beynəlxalq təhsil şəbəkəsinin bir hissəsidir. Bu isə o deməkdir ki, sən qlobal bazarda tanınan bilik və bacarıqlara sahib olacaqsan. Texnologiyanın gələcəyində öz yerini tutmaq, beynəlxalq imkanlardan yararlanmaq və dünya miqyasında rəqabət aparmaq istəyirsənsə, indi müraciət et! 🔗 Qeydiyyat üçün daxil ol: holbertonschool.az 📌 Son qeydiyyat tarixi: 29 oktyabr #HolbertonAzerbaijan #100%Təqaüd #ComputerScience #MachineLearning #FullStack #Cybersecurity

    • No alternative text description for this image
  • 🌟 Regionun ən böyük innovasiya tədbiri olan və Agentliyimizin əsas tərəfdaşlığı ilə keçirilən "INMerge Innovation Summit" uğurla yekunlaşdı! İki gün boyunca Bakı startapların, investorların və texnologiya liderlərinin görüşdüyü möhtəşəm mərkəzə çevrildi. 💡 Sammitdə investisiya trendlərinin müzakirə edildiyi panellərdən tutmuş, yerli startapların beynəlxalq investorlar qarşısında təqdimatlarına qədər hər an innovasiya ruhu ilə dolu idi. Biz də Agentlik olaraq bu prosesin mərkəzində olmaqdan qürur duyuruq. 🎥 İndi isə bütün bu həyəcanı yenidən yaşamaq vaxtıdır! Sizi iki günün ən parlaq anlarını, ruhlandırıcı çıxışlarını və yaddaqalan təəssüratlarını əks etdirən videomuzu birlikdə izləməyə dəvət edirik. 👏 Başda tədbirin təşkilatçısı "PASHA Holding" LLC olmaqla bu uğuru mümkün edən bütün spikerlərə, tərəfdaşlara, iştirakçılara və komandamıza dərin təşəkkürümüzü bildiririk. Növbəti innovativ görüşlərədək! #İRİA #InMerge #İnvestisiyaVertikalı

  • Qeydiyyatın tamamlanmasına son 6 gün qaldı! Qeydiyyat üçün: https://lnkd.in/eatbXtXc

    🚀 Azərbaycanın gələcək kosmik texnologiya liderlərini yetişdirmək məqsədilə yeni təlimə start veririk! Agentliyimiz, “Israel Aerospace Industries” (IAI - Israel Aerospace Industries) və Azercosmos-un birgə təşkilatçılığı və İsrailin innovasiya sahəsində qabaqcıl təhsil institutu olan “Holon” Texnologiya İnstitutunun (Holon Institute of Technology ) dəstəyi ilə həyata keçirilən bu 7 həftəlik intensiv proqram iştirakçılara ölkənin sürətlə böyüyən texnologiya və startap ekosistemində lider olmaq üçün bir qapı açır. 🛰 Proqram iki əsas hissədən ibarətdir: 📍 4 həftəlik “İnnovasiya və sahibkarlıq” təlimləri; 📍 3 həftəlik “Peyk innovasiyaları və tətbiqləri” modulu. 🎓 Seçim mərhələsini uğurla keçən namizədlər üçün tamamilə ödənişsiz olan bu proqram dünya səviyyəli ekspertlərdən təlim almaq, real layihələr üzərində təcrübə toplamaq və beynəlxalq səviyyəli sertifikat əldə etmək imkanı yaradır. Seçilmiş iştirakçılar 2026-cı ildə inkubasiya və akselerasiya mərhələlərində iştirak imkanı qazanacaqlar. Proqram kimlər üçündür? ✅ STEM və İT yönümlü ali təhsil müəssisələrinin yüksək nəticəli məzunları və ya son kurs tələbələri; ✅ 1– 5 il iş təcrübəsi olan gənc mütəxəssislər (STEM və İT sahələri üzrə); ✅ Texnologiyaya və innovasiyaya marağı olan şəxslər; ✅ Yüksək ingilis dili biliyinə sahib olanlar. Qeyd edək ki, iştirakçılar həftədə 4 gün (bazar ertəsi – cümə axşamı), gündə 6–8 saat proqramda fiziki olaraq iştirak etməlidir. 📍 Təlim dili: İngilis 📍 Son müraciət tarixi: 30 sentyabr, 2025 Müraciət etmək üçün keçidə daxil olun: https://lnkd.in/eatbXtXc #İRİA #Rəqəmsalİnkişaf #İnnovasiya #Startaplar #Texnologiya #StratejiƏməkdaşlıq #DigitalTransformation

    • No alternative text description for this image
  • Innovation and Digital Development Agency reposted this

    🌟 "IDDA Awards” 2025 üçün qeydiyyat davam edir! Bu öz adını texnologiya və innovasiya ekosistemi tarixinə yazdırmaq istəyənlər üçün böyük fürsətdir! awards.idda.az saytına daxil olub müraciətini tamamla və bu möhtəşəm müsabiqəyə qoşul! 🚀 ⏳ Müraciətlər üçün son tarix 22 oktyabrdır. 📌Qeydiyyat üçün: awards.idda.az #IDDAAwards2024 #İnnovasiya #Texnologiya #İRİA

  • 🤝 Azərbaycanın texnologiya ekosistemi güclənməyə davam edir! Ölkənin ilk və aparıcı fintex şirkətlərindən olan “Simbrella” Agentliyimizin nəzdində fəaliyyət göstərən Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu qazanıb. 💡 25 illik təcrübəyə malik “Simbrella” telekommunikasiya şirkətləri üçün kredit xidmətləri təqdim edən və onlarla ölkədə fəaliyyət göstərən qlobal fintex şirkətidir. ✅ Texnopark rezidentliyi “Simbrella” kimi şirkətlərə virtual fəaliyyət göstərmək və 10 il müddətinə mənfəət, əmlak vergiləri daxil olmaqla bir sıra imtiyazlardan faydalanmaq imkanı yaradır. Bu dəstək texnoloji şirkətlərin inkişafı və beynəlxalq rəqabət gücünün artırılması üçün nəzərdə tutulub. 🇦🇿 Agentliyimizin əsas hədəfi yerli texnologiya şirkətlərinin böyüməsini və qlobal bazarlara çıxışını dəstəkləyən bir mühit formalaşdırmaqdır. Bu yolda “Simbrella” komandasına “xoş gəldin” deyir və onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq! #İRİA #Texnopark #Simbrella #fintex 

  • 🇦🇿 Agentliyimizin dəstəyi ilə bölgələrdə innovasiya ekosisteminin inkişafı istiqamətində növbəti addım atılıb. Oktyabrın 1-də Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində Naxçıvan İnnovasiya Mərkəzinin rəsmi açılış mərasimi baş tutub. 🤝 Açılış mərasimində Agentliyimizin sədri Fərid Osmanov, Agentliyin Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azər Məmmədrəhimov, NDU-nun rektoru Elbrus İsayev, eləcə də digər təhsil və dövlət qurumlarının nümayəndələri iştirak edərək mərkəzin region üçün əhəmiyyətini vurğulayıblar. ⚙ Yeni yaradılan mərkəz Naxçıvanın innovasiya icması üçün geniş imkanlar yaradır. Mərkəzdə ideyaların real layihələrə çevrilməsi üçün Texnologiya və Mühəndislik Laboratoriyası, müasir avadanlıqlarla təchiz edilmiş otaqlar, kovörkinq və tədbir məkanları fəaliyyət göstərəcək. 📈 Mərkəzin əsas hədəfi Naxçıvanın istedadlı gəncləri, startapları və tədqiqatçıları üçün dəstək mühiti formalaşdırmaqdır. Burada iştirakçılar inkişaf proqramlarına qatıla, mentor dəstəyi ala və investorlarla görüşlər keçirə biləcəklər. Ətraflı: https://lnkd.in/e8hNhm7B #İRİA #NaxçıvanİnnovasiyaMərkəzi #NDU

    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
    • No alternative text description for this image
      +4
  • 🤝 Agentliyimiz və “White Hill Capital” arasında imzalanan Təsis Müqaviləsi Azərbaycanın startap ekosistemində uğurlu başlanğıcın təməlini qoyub. Bu strateji tərəfdaşlıq ölkəmizdə yeni vençur maliyyələşmə şirkətinin yaradılmasını nəzərdə tutur. 💰 Yeni əməkdaşlıq yüksək potensiallı yerli startapların vençur maliyyələşməsinə çıxışını asanlaşdıracaq və onların beynəlxalq mühitə inteqrasiyasını sürətləndirəcək. 🏆 Əminik ki, “White Hill Capital” ilə qurulan bu strateji tərəfdaşlıq davamlı və uğurlu olaraq yerli startapların inkişafına təkan verməklə Azərbaycanın innovasiya ekosisteminin güclənməsinə xidmət edəcək. #İRİA #WhiteHillCapital #VençurKapitalı

Similar pages

Browse jobs