Cəbrayıl Şəhəri Günü cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında qeyd olunur. Bu gün Cəbrayılın dirçəlişi və tarixi Zəfərimizin təntənəsidir! #BöyükQayıdış
Elektron Təhlükəsizlik Xidməti - Electronic Security Service
Computer and Network Security
Nasimi district, Baku, Khatai Avenue 16 684 followers
Electronic Security Service
About us
Electronic Security Service is established under the Ministry of Digital Development and Transport of the Republic of Azerbaijan in 2012. Electronic Security Service is a state coordinating body which engages in coordinating the action of information infrastructure subjects, reporting about existing and potential risks at country level, educating public, private and other institutions in the field of cyber security and providing methodological assistance to them. Xətai prospekti 16, Baku, Azerbaijan AZ1008 Hotline: 1654 Email: info@cert.az
- Website
-
https://cert.az/
External link for Elektron Təhlükəsizlik Xidməti - Electronic Security Service
- Industry
- Computer and Network Security
- Company size
- 51-200 employees
- Headquarters
- Nasimi district, Baku, Khatai Avenue 16
- Type
- Government Agency
- Founded
- 2012
- Specialties
- Secure Systems Management and Incident Management
Locations
-
Primary
Get directions
Khatai Avenue 16
Nasimi district, Baku, Khatai Avenue 16 AZ1008, AZ
Employees at Elektron Təhlükəsizlik Xidməti - Electronic Security Service
Updates
-
Hər il oktyabr ayı dünyada “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” kimi qeyd olunur. Bu qlobal təşəbbüsün əsas məqsədi həm fərdi, həm də korporativ mühitdə istifadəçilərin onlayn təhlükələrdən qorunması üçün maarifləndirmə işlərini gücləndirməkdir. Qeyd edək ki, cari ay ərzində də Elektron Təhlükəsizlik Xidməti tərəfindən kibertəhlükəsizlik istiqamətində genişmiqyaslı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi davam etdiriləcək. #ETX #certaz #Cybermonth
-
-
27 Sentyabr – Anım Günü xalqımızın qəhrəman övladlarının müqəddəs xatirəsinə ehtiram günüdür. Onların şücaəti və fədakarlığı daim qəlbimizdə yaşayacaq! #27SentyabrAnımGünü #AnımGünü
-
-
Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı saxta kripto layihələr barədə Azərbaycan Televiziyasına müsahibə verib. Əməkdaşımız müsahibə zamanı saxta layihələrin necə yayılmasından və bu istiqamətdə baş verən dələduzluq hallarından bəhs edib. Ətraflı məlumat üçün videoya keçid edə bilərsiniz. #ETX #certaz #cybersecurity #kibertəhlükəsizlik #maarifləndirmə
-
Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri 15-19 sentyabr tarixlərində Mərakeş Krallığının Rabat şəhərində keçirilmiş “Regional Kibertəhlükəsizlik Həftəsi 2025”də iştirak ediblər. Tədbir çərçivəsində ETX-nin Beynəlxalq əməkdaşlıq sektorunun aparıcı mütəxəssisi Elşad Haşimov və Kibertəhlükəsizliyin idaredilməsi sektorunun aparıcı məsləhətçisi Rüstəm Müzəffərov kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də əməkdaşlığın gücləndirilməsi məqsədilə müxtəlif görüşlərdə, həmçinin yeni təhdidlər və onların qarşısının alınması istiqamətində müzakirələrdə iştirak ediblər. Onlar tədbir çərçivəsində təşkil edilmiş 13-cü Regional "CyberDrill" və digər kiber yarışlara da qatılıblar. Qeyd edək ki, Regional Rabitə Birliyinin (RCC) təşkil etdiyi tədbir Mərakeşdə İnformasiya Sistemlərinin Təhlükəsizliyi Baş İdarəsinin (DGSSI) tərəfdaşlığı, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), OIC-CERT və FIRST təşkilatları ilə əməkdaşlıq çərçivəsində baş tutub. “Dayanıqlı İqtisadi İnkişaf üçün Rəqəmsal Suverenlik” mövzusuna həsr olunmuş tədbirin əsas məqsədi kibertəhlükəsizlik sahəsində regional əməkdaşlığın gücləndirilməsi, kritik infrastrukturun mühafizəsi və rəqəmsal suverenlik prinsipləri əsasında davamlı iqtisadi inkişafın təmin olunmasıdır. #ETX #certaz #cybersecurity #kibertəhlükəsizlik #tədbir
-
-
Azərbaycanın dövlətçiliyini və xalqın azad iradəsini simvolizə edən Dövlət Suverenliyi Günü münasibətilə bütün vətəndaşlarımızı təbrik edirik. Güclü dövlət, möhkəm suverenlik və birlik ruhu ilə gələcəyə doğru! #20Sentyabr #DövlətSuverenliyiGünü
-
-
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününü qürurla qeyd edirik! #BöyükQayıdış
-
-
Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Elvin Şahverdiyev Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən “KazHackStan 2025” kibertəhlükəsizlik konfransında iştirak edib. Konfrans çərçivəsində kibertəhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, beynəlxalq təcrübə mübadiləsi, yeni tendensiyaların müzakirəsi və qabaqcıl texnologiyaların təqdimatı istiqamətində faydalı müzakirələr aparılıb. Dünyanın müxtəlif ölkələrindən olan 6000-dən çox iştirakçının qatıldığı tədbir kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsinə, uğurlu təcrübələrin paylaşılmasına, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verib. Qeyd edək ki, Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin İnformasiya Təhlükəsizliyi Komitəsi və Kiberhücumların Təhlili və Araşdırılması Mərkəzinin (TSARKA) birgə təşkilatçılığı ilə təşkil edilən “KazHackStan” Mərkəzi Asiyanın ən böyük praktik kibertəhlükəsizlik konfransıdır. Hər il təşkil edilən bu tədbir aparıcı ekspertləri, innovatorları, biznes nümayəndələrini və dövlət rəsmilərini bir araya gətirir. Konfransın əsas missiyası informasiya təhlükəsizliyi sahəsində dialoqu təşviq etmək, ən son tədqiqatların təhlilini aparmaq və innovativ həllərin təqdimatını təmin etməkdir. #ETX #certaz #cybersecurity #kibertəhlükəsizlik #tədbir
-
-
Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı son dövrlərdə aktual olan kiberinsidentlə bağlı Azad Azərbaycan Televiziya kanalına müsahibə verib. Əməkdaşımız müsahibə zamanı saxta onlayn bilet satışı platformaları mövzusuna toxunaraq kibertəhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb. Ətraflı məlumat üçün videoya keçid edə bilərsiniz. #ETX #certaz #kibertəhlükəsizlik #cybersecurity #maarifləndirmə
-
Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı son dövrlərdə aktual olan kiberinsidentlə bağlı İctimai Televiziya kanalına müsahibə verib. Belə ki, əməkdaşımız müsahibə zamanı sosial şəbəkə hesablarının ələ keçirilməsi mövzusuna toxunaraq kibertəhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb. Ətraflı məlumat üçün videoya keçid edə bilərsiniz. #ETX #certaz #kibertəhlükəsizlik #cybersecurity #maarifləndirmə